Müştəri hesabına giriş

AZ   RU   EN

HAQQIMIZDA

ASR Servisiz MMC 2004 - cü ildə peşəkar əməkdaşları, xüsusi ilə təhlükəli yüklər sahəsində çalışan mütəxəssislərin sayəsində yaradılmışdır. Şirkət Azərbaycan Respublikasında qeydiyyatdan keçən zaman, neft və qaz sənayesinə xidmət başlıca məqsəd olaraq qarşıya qoyulmuşdur. Hazırda şirkət, Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ aktlarına əsasən təhlükəli yüklərin, o cümlədən Partlayış (1-ci sinif) və Radioaktiv (7-ci sinif) materiallarının daşınmasına Xüsusi İcazə əldə etmişdir.

ASR Servisiz MMC müxtəlif aviasiya şirkətləri, yük maşınları və gəmi daşımaları üzrə tam yükdaşıma xidməti təklif edir. Biz müştərilərimizə hava, su, quru və dəmir yolu vasitəsilə beynəlxalq miqyasda tam olaraq yüklərin göndərilməsi və qəbulunu təklif edirik.

ASR Servisiz MMC neft və qaz əməliyyatlarında fəaliyyət göstərən şirkətlərə, tibb xidmətləri və laboratoriyalara müxtəlif təhlükəli yükləin qablaşdırılması, sənədləşdirilməsi və daşınması xidmətlərini təklif edir. Şirkət əməkdaşlarının biliyi və təcrübəsi nəticəsində göstərdiyimiz xidmətlər bütün yerli və beynəlxalq təlabatları əhatə edir.

Şirkətin əməkdaşları vaxtaşırı müvafiq təlimlərdə biliklərini möhkəmləndirir (IATA DGR, IMDG Code, ADR və RID). ASR Servisiz MMC müştərilərinə xüsusi ayrılmış əməkdaşlarımız gündəlik olaraq radioaktiv və partlayış materiallarının müxtəlif qazıma quyuları və platformalara göndərilməsi və geri qaytarılmasını təşkil edir. Uzun illər ərzində əldə edilmiş bilik və təcrübə nəticəsində dənizdə və quruda olan bütün təlabatlara tam əməl edilir. ASR Servisiz MMC mütəmadi olaraq bütün yerli və beynəlxalq qanunvericilik aktları və normativləri nəzarətdə saxlayır və müvafiq dəyişiklikləri öz fəaliyyətində tətbiq edir.