Müştəri hesabına giriş

AZ   RU   EN

HAVA NƏQLİYYATI

Biz hava nəqliyyatı ilə yük daşıma sənayesində çox rəqabətli qiymətlər və məcmu olaraq çox geniş beynəlxalq yük daşıma xidmətləri təklif edirik. Tələb olunduğu təqdirdə ayrıca çarter təyyarələrinin təşkili və bir neçə müştəri arasında qiymətin bölünməsi də həyata keçirilir. ASR Servisiz MMC, dünyanın müxtəlif nöqtələrinə "door-to-door" çatdırılma xidməti ilə yanaşı ənənəvi hava limanına qədər göndərmələri də təmin edir. Biz təhlükəli yüklərin müxtəlif istiqamətlərdə daşınması və gömrük əməliyyatlarının həyata keçirilməsi və hətta müştəriyə qədər çatdırılması xidmətlərini dünyanın bir çox şəhərlərində olan agentlərimiz vasitəsilə həyata keçiririk. Baxmayaraq ki, hava nəqliyyatı adətən bahalı hesab olunur, bəzi kiçik həcmli yüklərin bərə və quru nəqliyyatı ilə göndərilməsinə qarşı hava nəqliyyatında həcmə görə hesablamalar daha qənaətcil sayıla bilər. Biz Azərbaycan Respublikası ərazisində istənilən yükün gömrük rəsmiləşdirilməsi və çatdırılması xidmətlərini təklif edirik.

Digər xidmətlər:

Su Nəqliyyatı
Avtomobil Nəqliyyatı
Qaldırıcı Kran