Müştəri hesabına giriş

AZ   RU   EN

TƏHLÜKƏSİZLİK BƏYƏNNAMƏSİ

Bu, ASR Servisiz MMC–nin işçiləri üçün təhlükəsiz iş şəraətinin yaradaılmasına dair siyasətidir. ASR Servisiz MMC xəsarət və xəstəliklərin qarşısının alınması, praktik təhlükəsizlik tədbirləri, təhlükəsizlik təlimlərinin keçirilməsi və yanğından mühafizənin təmin edilməsini öz cavabdehliyinə götürür.

Yeni prosedurların, təhlükəsizlik təlimatlarının və hərəkətlərinin, o cümlədən təhlükə və təhlükəsiz iş təcrübələri haqqında məlumatlar aşağıda sadalanan əlaqə vasitələrindən birinin köməkliyi ilə işçilərə çatdırılacaq::

1. İşçilərlə təkbətək görüşlər zamanı,
2. Təlimlər zamanı,
3. Məlumat guşəsinə yerləşdirməklə.

Nəzarətçilər ilk tibbi yardım və tibbi köməyin alınmasına və eyni zamanda müvafiq sənədlərin tərtib olunmasına cavabdehlik daşıyırlar. Nəzarətçilər, onların nəzarəti altında çalışan işçilərin təhlükəsizliyinin və tibbi köməyin təmin olunması üçün təlimatlandırılmışdırlar.

Hər bir işçi təhlükəsizlik qaydalarına əməl etməli və yalnız təsdiq olunmuş təhlükəsiz vasitələrdən istifadə etməlidir. İşçilərin təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması məqsədilə intizam tədbirləri tətbiq olunur.

İşçilər hər hansı bir qəza haqqında məlumatı dərhal nəzarətçiyə bildirməlidirlər. İlk yardım vəsaiti ASR Servisiz MMC-də asan və əlçatan yerdə yerləşdirilmişdir.

ASR Servisiz MMC təhlükəli iş şəraiti və işləri müəyyən etmək üçün qiymətləndirmə və yoxlamalar olunur. Bu yoxlamalar gündəlik vəzifələr və təhlükəsizlik qaydalarından asılı olmayaraq, əlavə olaraq həyata keçirilir.